Azyaşlı övladına işgəncə verən ana SAXLANILDI - Hadisənin ŞOK TƏFƏRRÜATI - YENİLƏNİB

"Döyülən uşağın vəziyyəti kafidir, lakin onun bütün bədəni uzun müddətdir verilən işgəncələrin izi ilə doludur".
Avtosfer.az xəbər verir ki, bunu "Qaynarinfo"ya Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə anası tərəfindən işgəncələrə məruz qalan uşaqdan danışarkən deyib.
Sədr uşağın tibbi ekspertizadan keçirildiyini vurğulayıb:
"Uşağa psixoloji, tibbi, hüquqi yardım göstərilib. Əminəm ki, yaxın zamanlarda ana barəsində həbs qətimkanı tədbiri seçiləcək".
Sədrin sözlərinə görə, uşağın anası tərəfindən işgəncələrə məruz qalması ilə bağlı videoları ona dayəsi göndərib:
"Uşağı üç ildir saxlayan dayə bizə zəng edib bildirdi ki, 2024-cü ilin dekabrında anası uşağı bir neçə günlük aparıb. Ondan sonra uşağı dayənin yanına gətirməyib və hər dəfə telefon açıb, uşağa verdiyi işgəncələri göstərib, yaxud da faktla bağlı videolar göndərib. Dayə yalvarıb ki, belə etmə, uşaq yazıqdır, ver mən baxım. Lakin onu eşitməyib. Ana deyib ki, "uşağın məni eşitməməsinə səbəbkar sizlərsiniz". Üç gün bundan əvvəl ana dayəyə zəng edərək deyib ki, uşaq sözümə baxmadığına görə, onu kəmərlə döydüm. Onu soyuq havada küçəyə atıb".
Sədr bütün bunlardan sonra həmin görüntüləri hüquq-mühafizə orqanlarına göndərib:
"Qadın gizlənirdi. Axır ki, hüquq-mühafizə orqanlarının səyi nəticəsində ananın Suraxanı rayonu ərazisində olduğu aşkarlanıb. "Mələk üçün susma" kampaniyası başlatmışıq. Düşünürəm ki, uşaqların müdafiəsi bir quruma şamil olunmalıdır".
Qeyd edək ki, Bakıda ana azyaşlı övladına ağır işgəncələr verib və onu videoya çəkib. Ana sonra həmin videoları uşağın dayəsinə göndərib.
***
Sosial şəbəkələrdə azyaşlının xəsarətləri əks olunan görüntülər polis tərəfindən araşdırılıb.
Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli bildirib.
Qeyd olunub ki, aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə uşağın sığınacağa yerləşdirilməsi təmin olunub.
Polis əməkdaşları tərəfindən azyaşlıya zorakılıq göstərən anası saxlanılıb və barəsində Cinayət Məcəlləsinin əzab vermə maddəsilə cinayət işi başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Araşdırma aparılır.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA











