"AZZA" tortundan zəhərlənmə olub? - İDDİA

"AZZA Gastronom" şirniyyat şirkəti ilə bağlı şikayət paylaşılıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, sözügedən paylaşım sosial şəbəkədə müştərilərin olduğu qrupda yer alıb.
Gizli profildən paylaşım edən vətəndaş iddia edir ki, "AZZA Gastronom"dan dekabrın 25-də aldığı tort dekabrın 27-də istehlak olunub:
"Məhsulun üzərində saxlama müddətinin 96 saat olduğu qeyd edilib. Tortu yeyən iki nəfər zəhərlənib. Ana-balanın xəstəxanaya yerləşdirilməsinə səbəb oldunuz".
Qeyd edək ki, paylaşımın şərh bölməsində müştərilər görüntülərdə divarların nəm olduğunu və bunun da birbaşa saxlama qaydasına mənfi təsir etdiyini vurğulayıblar.
Məsələ ilə bağlı məlumat almaq üçün "AZZA Gastronom" şirniyyat şirkətinin qaynar xətti ilə əlaqə saxlayıb.
"AZZA Gastronom"dan bildirilib ki, şikayətdən məlumatlıdırlar: "Instagram" səhifəmizə müraciət olub. Sözügedən müştəriyə məlumat verilib. Müştəri heç bir mağazamıza məhsul və qəbz təqdim etməyib. Həmçinin həkim arayışı da yoxdur. Biz bilməliyik ki, həqiqətən də "AZZA" tortundan zəhərlənmə baş verib. Məhsul olmadan rəy bildirmək mümkün deyil. Məhsul olmadan hər kəs şikayət edə bilər. Şikayəti əsaslandırmaq lazımdır. Şokoladlı tortdan zəhərlənmə isə az halda baş verir".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) qeyd olunub ki, məsələ araşdırılır.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?















