Babək prospektində insanlar üçün təhlükəli durum nə vaxt aradan qaldırılacaq? - VİDEO

"Babək prospektində körpünün üzlüyünün bir hissəsinin qopması ilə bağlı aidiyyəti struktur bölmələrinə tapşırıq verilib".
Avtosfer.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəfli deyib:
"Əraziyə baxış keçiriləcək, körpünün üzlük daşlarında müşahidə olunan problemlər qiymətləndiriləcək və mövcud qüsurların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcək".
***
Bakının əsas yollarından biri olan Babək prospektində körpünün üzlüyünün bir hissəsi qoparaq tökülüb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə vətəndaş tərəfindən şikayət daxil olub.
Müraciətdə qeyd olunub ki, hadisə Babək prospektinin Günəşli qəsəbəsi istiqamətində gedən köməkçi yolunda baş verib.
Vətəndaşın sözlərinə görə, bu ərazidə üzlüyün qopması ilk dəfə deyil. Bildirilir ki, daha əvvəl də körpünün eyni hissəsində oxşar hal yaşanıb:
"Burada üzlük bir dəfə də bu şəkildə tökülmüşdü. Buna diqqət edilməlidir".
Vətəndaşlar aidiyyəti qurumların əraziyə baxış keçirməsini, körpünün texniki vəziyyətinin yoxlanılmasını və qopan hissələrin bərpa edilməsini xahiş edirlər.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












