Bağ evlərindən 150 min manatlıq oğurluq edildi - FOTO - VİDEO

Sabunçu rayonu Nardaran qəsəbəsində bağ evlərindən oğurluq edən şübhəli şəxs tutulub.
Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, iki evdən 150000 manat dəyərində qızıl, kameranın yaddaş qurğusu, noutbuk və digər dəyərli əşyaların oğurlanması üzrə daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları şübhəli şəxsi müəyyən ediblər. Cinayəti törədən şəxs - əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı Seymur Talıbov saxlanılıb.
O, ifadəsində qeyd edilən əməli törətdiyini və qızıl-zinət əşyalarını hissələrə ayıraraq satmağı planlaşdırdığını etiraf edib. Polis əməkdaşları tərəfindən S.Talıbovun oğurladığı əşyaların bir hissəsi gizlədilən yerdən maddi sübut kimi aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, S.Talıbovun digər analoji cinayətlərdə iştirakının olub-olmamasını müəyyən etmək istiqamətində araşdırmalar davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident














