Bakı-Ələt-Qazax-Gürcüstan yolunda təmir yekunlaşır - FOTO - VİDEO

“Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə–Qazax–Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsi artıq yekunlaşma mərhələsindədir.
Avtosfer.az xəbər verir ki, layihəyə əsasən yol yatağının ümumi eni 27,5 metr təşkil edir. Magistral yol hər birinin eni 3,75 metr olan 4 hərəkət zolağından ibarətdir.
Magistralın Gəncə–Qazax–Gürcüstan sərhədi hissəsində tikinti işləri 3 Lot üzrə həyata keçirilir. 1-ci və 2-ci Lotlar, eləcə də 3-cü Lotun bir qismi üzrə işlər tam başa çatdırılıb və 2023-cü il avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümumi uzunluğu 102 kilometr olan Gəncə–Qazaxbəyli hissəsinin açılışında iştirak edib.
“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində yenidən qurulan 1b texniki dərəcəli yolun bu hissəsində 67 altkeçid, 19 qovşaq və 17 körpü (ümumilikdə 36 ədəd) tikilərək istifadəyə verilib.
Hazırda tikinti işləri magistralın sonuncu 28 kilometrlik Qazaxbəyli–Gürcüstan sərhədi hissəsində – layihənin 102.2–130.150-ci kilometrliyində – son mərhələdə olmaqla davam etdirilir.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO































