"Bakı Gəmiqayırma Zavodu həm də Orta Dəhlizə görə mühüm əhəmiyyət kəsb edir"

"Bakı Gəmiqayırma Zavodu ilə bağlı vergi güzəştinin uzadılması ilə bağlı müraciət konsensusla dəstəklənib, çünki zavodun fəaliyyəti ölkənin iqtisadi və strateji hədəflərinə cavab verir".
Avtosfer.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu zavod həm də Orta Dəhlizə görə mühüm əhəmiyyət kəsb edir:
"Ölkəmizdə qeyri-kommersiya təyinatlı gəmilərin - yanğınsöndürmədən tutmuş mühafizəyə qədər olan gəmilərin olduğu ikinci belə müəssisə yoxdur. Onun fəaliyyəti uzun illərdir ki, mənfəətli deyildi. Amma zavod son bir-iki ildə əməliyyat mənfəətinə çıxıb, yükləmə səviyyəsi xeyli artıb. Hazırda orada eyni vaxtda, təxminən, 10 gəmi inşa olunur. Son 12 ildə cəmi 14-15 gəmi inşa edilib, bu da istehsal dinamikasını göstərir. Biz bu dinamikanı dəstəkləyirik".(oxu.az)
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












