Bakı Hərbi Məhkəməsində 2 milyonluq yeyinti ilə bağlı məhkəmə prosesi başladı

Müdafiə Nazirliyinin hərbi hissəsində maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərovun 2 milyonluq mənimsəmə işi üzrə məhkəmə prosesi başlayıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Qeyd edək ki, Elvin Cəfərov Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmət rəisi işləyib.
Cinayət işi üzrə məhkəmə baxışı dekabrın 26-na təyin edilib.
Qeyd edək ki, E.Cəfərov Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. İş üzrə dövlətə dəymiş ziyan 2 milyon 200 min manatdır.
Bu ilin may ayında Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında onun barəsində həbs qətimkan tədbiri seçilib.
Elvin Cəfərov ötən ilin dekabrında hazırda Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə prosesində şahid qismində dindirilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












