Bakı-İcevan dəmir yolu: Qazaxın 3 kəndi Azərbaycana qaytarılacaq

Qazaxıstan taxılının Azərbaycan ərazisindən keçməklə Ermənistana daşınması regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası istiqamətində ilk addım ola bilər.
1991-ci ildə SSRİ-nin dağılmasından sonra ilk dəfə Azərbaycanla Ermənistan arasında yükdaşımalar həyata keçiriləcək. Azərbaycanın Mərkəzi Asiya ilə Ermənistan arasında tranzit ölkəyə çevrilməsi “Orta dəhliz”in fəaliyyətə başlaması deməkdir.
Lakin müharibə dövründə Azərbaycanla Ermənistan arasında dağılmış dəmir yolu infrastruktunun hələ bərpa olunmaması bu daşımaların birbaşa həyata keçirilməsinə imkan vermir.
Ona görə də hələlik Qazaxıstan taxılının Gürcüstan vasitəsilə nəql edilməsi qərara alınıb. Yəqin ki, yaxın günlərdə digər Mərkəzi Asiya ölkələri, Çin və Rusiyadan Ermənistana, eləcə də əks istiqamətdə göndərilən yüklərin Azərbaycan və Gürcüstan ərazisindən keçməklə daşınması baş tuta bilər.
Buna baxmayaraq, ixracatçı ölkələr məsafənin və xərclərin azlığı baxımından Azərbaycan və Ermənistan arasında birbaşa nəqliyyat əlaqələrinə üstünlük verirlər. Zəngəzur dəhlizinin açılmasına marağın artması da bununla bağlıdır. “Tramp marşrutu” üzrə yolların inşasının 2028-ci ilə hazır olacağını nəzərə alsaq, digər istiqamətlərdə də daşımaların vacibliyi gündəmə gəlir.
Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana göndərilən taxılı Bakı-İcevan dəmir yolu yolu ilə Ermənistana ötürmək mümkündür. Yəni yüklər Qazax rayonundan Gürcüstana deyil, birbaşa Ermənistan ərazisinə daxil ola bilər. Mal və məhsullar Gürcüstan vasitəsilə daşındıqda ixracatçıə tərəf iki ölkəyə tranzithaqqı ödəməli olur.
Lakin Birinci Qarabağ müharibəsi dövründə Bakı-İcevan (Karvansaray) dəmir yolu da Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb. Hətta dəmir yolunun keçdiyi Qazax rayonunun Barxudarlı və Sofulu kəndləri hələ də işğal altındadır.
Ermənilər Barxudarlı və Sofulu stansiyalarını yarasız hala salıblar. Bu baxımdan, Qazaxıstan taxılının dəmir yolu ilə Ermənistana ixracı Qazax rayonunun işğal altındakı 3 anklav kəndinin də Azərbaycana qaytarılması məsələsini aktuallaşdırır.
Zəngəzur dəhlizi ilə yanaşı, Bakı-İcevan dəmir yolu xəttinin bərpası artıq günün tələbinə çevrilir. Çox gaman ki, Nikol Paşinyan hökuməti 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkiləri öncəsi və hazırda Ermənistanda etirazların başladığı bir vaxtda bu addımı atmaqdan çəkinəcək. Ancaq seçkilərdən sonra işğal altında qalan yaşayış məntəqələrinin Azərbaycana qaytarılması istiqamətində addımlar ata bilər. (cebhe.info)
Qatarla Gürcüstana gedənlərə ŞAD XƏBƏR - Sərhəddə keçid müddəti 2 dəfə AZALDILIR - FOTO
Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO










