Bakı Limanı audit nöqsanlarını aradan qaldırıb - Hesablama Palatası

Hesablama Palatasının "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə (indiki "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC) ayrılmış dövlət investisiyalarına dair audit çərçivəsində müəyyən etdiyi maliyyə və idarəetmə uyğunsuzluqları aradan qaldırılıb.
Avtosfer.az bu barədə Palatanın hesabatına istinadən xəbər verir.
Məlumata görə, audit nəticəsində dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu hesabına müvafiq layihələr üzrə ayrılmış vəsaitlərdən xərclərdən artıq qalan məbləğlərin büdcəyə qaytarılması təmin edilib.
Belə ki, layihə üzrə 137 600 manat, 2 ədəd avtoyükləyicinin alınması üzrə 166 550 manat, 1 ədəd konteyneraşıranın alınması üzrə isə 245 050 manat artıq qalmış vəsait büdcə xərcləri üzrə hesablaşma hesabına geri qaytarılıb.
Eyni zamanda, 2 ədəd teleskopik yükləyicinin alınması üzrə ayrılmış vəsaitdən 176 334 manat artıq vəsaitin, habelə teleskopik yükləyicinin alınması üçün ayrılmış vəsaitin istiqamətinin dəyişdirilərək digər təyinatlı texnikanın alınmasına yönəldilməsi ilə bağlı istifadə edilmiş məbləğin büdcəyə qaytarılması təmin olunub.
Audit zamanı, həmçinin müvafiq layihələr üzrə yüklərin daşınma xidmətlərinə görə artıq xərclənmiş vəsaitlərin büdcə xərcləri üzrə hesablaşma hesabına qaytarıldığı müəyyən edilib.
Dövlət investisiyalarının idarəedilməsi baxımından, icrası davam edən layihələr üzrə xərclərin ödənilməsi üçün bank hesabında saxlanılan vəsaitdən kommersiya fəaliyyəti ilə bağlı hesablaşma hesabına köçürülmüş 609 575 manat məbləğində vəsait də yenidən büdcə xərcləri üzrə hesablaşma hesabına bərpa olunub.
Bununla yanaşı, müvafiq obyektlər üzrə işlərin satınalmaya çıxarılması zamanı müqavilə dəyərinin və iş həcmlərinin artırılması, eləcə də layihədən artıq işlərin smeta sənədlərinə və müqaviləyə daxil edilməsi hesabına podratçılara artıq ödənilmiş vəsaitlərin Cəmiyyətin hesablaşma hesabına geri qaytarılması təmin edilib.
Beləliklə, audit nəticəsində aşkar edilmiş bütün nöqsanlar üzrə tədbirlər tam icra edilib.
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı












