Bakı Limanında tarixi rekorda imza atıldı - FOTO

Bakı Limanı tarixində ilk dəfə olaraq 2024-cü il ərzində yüklənən və boşaldılan konteynerlərin ümumi həcmi 76.775 TEU ekvivalentində olub.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mətbuat katibi Elmar Həbibli Avtosfer.az-a bildirib ki, bu rəqəm 2023-cü ildə cəmi 44.272 TEU ekvivalentində idi. Artım göstəricisi 73 % dir. Qeyd edək ki, müasir Bakı Limanının tarixində bu fakt ilk dəfədir ki, qeydə alınır. Regionun ən müasir nəqliyyat və logistika mərkəzi olan Bakı Limanında qurulan operativ xidmət, infrastruktur imkanları və ölkəmizdən keçən beynəlxalq nəqliyyat dəhlizlərinə artan marağın nəticəsi olaraq, Bakı Limanına cəlb edilən ümumi yükün həcmi hər il artmağa davam edir.

Təkcə 2023-cü ildə Bakı Limanı vasitəsi ilə 7.6 milyon ton yük aşırılıb. Nəzərə almaq lazımdır ki, yeni Bakı Limanı 2018-ci ildə Ələt qəsəbəsində tam olaraq fəaliyyətə başlayanda bu rəqəm cəmi 3.7 milyon ton idi.
Əldə edilən razılaşmalara əsasən demək olar ki, müsbət statistik tendensiya 2025-ci ildə də davam edəcək.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












