Bakı limanının konteyner gücünün 500 min TEU-ya qədər artırılması planlaşdırılır

Bakı Beynəlxalq Dəniz Limanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) buraxılış qabiliyyətinin artırılmasına yönəlmiş infrastrukturun modernləşdirilməsi və genişləndirilməsi üzrə irimiqyaslı proqram həyata keçirir.
Avtosfer.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin baş direktorunun müşaviri Xudayar Həsənli Bakıda keçirilən Almaniya-Azərbaycan konfransında bildirib.
"Liman infrastrukturunun inkişafı proqramı əlavə dəmir yolu xətlərinin, parklanma zonalarının inşasını, habelə mərkəzi komponenti konteynerlərin emalı üçün yeni terminalın təşkil edəcəyi genişlənmənin növbəti mərhələsinə keçidi nəzərdə tutur", - X. Həsənli qeyd edib.
Onun sözlərinə görə, konteyner terminalının hazırkı gücü 150 min TEU təşkil edir, bununla yanaşı, yaxın gələcəkdə onun 260 min TEU-ya qədər artırılması planlaşdırılır.
Liman kompleksinin inkişafının ikinci mərhələsi başa çatdıqdan sonra ümumi yük dövriyyəsi illik 25 milyon ton səviyyəsinə, konteyner gücü isə 500 min TEU həddinə çatmalıdır.
X. Həsənli diqqəti ona yönəldib ki, Çin-Mərkəzi Asiya-Avropa istiqamətində konteyner daşımalarının intensiv artımı təkcə fiziki infrastrukturun artırılmasını deyil, həm də nəqliyyat dəhlizinin bütün hissələrində əməliyyat səmərəliliyinin təkmilləşdirilməsini zəruri edir.
Proqnozlara görə, cari ilin yekunlarına əsasən, Bakı limanı vasitəsilə konteyner aşırmasının həcmi 120 min TEU-nu ötəcək.
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA












