Bakı məktəblərində kağız jurnallar ləğv edildi

“Yeni tədris ilindən etibarən Bakı şəhərində yerləşən ümumtəhsil müəssisələrində kağız jurnallardan istifadə edilməyəcək, bütün proseslər yalnız “Rəqəmsal məktəb” platforması üzərindən aparılacaq”.
Avtosfer.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova Bakı şəhəri üzrə təhsil işçilərinin sentyabr konfransında deyib.
Onun sözlərinə görə, cari ilin yanvar-fevral aylarından etibarən platformanın tətbiqi istiqamətində işlərə başlanılıb və bu müddət ərzində sistemin təkmilləşdirilməsi aparılıb. Artıq direktorların 98%-i, müəllimlərin isə 93%-i platformada qeydiyyatdan keçib. Bu həftənin sonunadək bütün direktor və müəllimlərin qeydiyyatının tam başa çatdırılması ilə bağlı tapşırıq verilib.
Fidan Nəcəfova əlavə edib ki, məktəb direktorları üçün platformadan qeydiyyat və öhdəliklərlə bağlı təlimlər təşkil olunacaq. Onun sözlərinə görə, “Rəqəmsal məktəb” platformasından istifadə müəllim və məktəb rəhbərliyinin iş yükünün azaldılmasına xidmət edəcək.
O həmçinin qeyd edib ki, hazırda valideynlərin qeydiyyat göstəricisi 62–65% civarındadır. Bu göstəricinin yüksəldilməsi istiqamətində işlərin görülməsinin vacibliyini vurğulayıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












