Bakı metrosu ilə aparıcı arasında qalmaqal – Vacib nüans üzə çıxdı

“Bakı Metropoliteni” QSC ilə teleaparıcı Nərmin Salmanova arasında yaşanan anlaşılmazlıq müzakirələrə səbəb olub. Aparıcı deyir ki, işə çıxıb əmək müqaviləsini imzalayacağı gün onun üçün vacib olan bəzi şərtlər dəyişdirilib. Qurum isə məlumatı təkzib edirək bildirib ki, həmin vəzifə üzrə işə qəbul prosesi vakansiya tələblərinə uyğun namizəd olmadığına görə dayandırılıb. Qeyd olunur ki, sözügedən şərt əməkhaqqı ilə bağlıdır. İddialara görə, aparıcıya vəd olunan maaş verilməyib. Baş verənlər əmək münasibətlərində “müqavilədə göstərilən əməkhaqqı” məsələsinin hüquqi tərəflərini gündəmə gətirib.
Qanunvericilikdə belə tələb varmı? Ümumiyyətlə, Azərbaycanda mətbuat xidmətinin rəhbərləri vakansiya ilə işə qəbul edilir?
Vəkil Ramil Süleymanov deyib ki, “Bakı Metropoliteni” dövlət qurumu olsa da, burada çalışmaq dövlət qulluğunun xüsusi forması sayılmır:
“Bakı Metropoliteni” işəgötürən tərəfdir və bütün prosedurlar onların daxili qaydalarına uyğun olaraq həyata keçirilir. Əmək müqavilələri “SİMA” proqramı vasitəsilə elektron qaydada imzalanır. İşçi müqaviləni imzalamazdan əvvəl onun elektron versiyası ilə tanış olur, əməkhaqqı və ya digər şərtlərlə bağlı hər hansı uyğunsuzluq görərsə, dərhal müqaviləni imzalamaqdan imtina edə və düzgün məlumatların daxil edilməsini tələb edə bilər. Əgər işçiyə əvvəlcədən vəd edilən əməkhaqqı ilə faktiki ödənilən məbləğ arasında fərq yaranarsa, bu barədə məlumat aldıqdan sonra həmin şəxs müvafiq dövlət qurumlarına şikayət etmək hüququna malikdir”.
Vəkil bildirib ki, belə hallarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət göndərmək mümkündür:
“Hər hansı korrupsiya halı müşahidə olunarsa, o zaman Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət edilə bilər. Ümumiyyətlə, “Bakı Metropoliteni” QSC-də işə qəbul prosesi Əmək Məcəlləsinə uyğun şəkildə aparılır. Mətbuat xidməti rəhbərinin işə qəbulu üçün mütləq şəkildə vakansiya elan olunması və ya xüsusi tələblərin dərc edilməsi barədə məcburi normativ tələb mövcud deyil”./global.info
Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO










