Bakı metrosunda 10 dəqiqəlik İNTERVAL - YENİLƏNİB

"Hazırda Bakı metropoliteninin xətlərində hər hansısa bir texniki problem yoxdur. Yaranan problemin xüsusiyyəti yenə də sərnişin sıxlığından və qatarlara minib-düşmə prosesinin ləngiməsindən, qapıların saxlanması nəticəsində qatarların stansiyanı gec tərk etməsi səbəbindən formalaşıb".
Bu açıqlamanı "Bakı Metropoliten" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov verib.
O qeyd edib ki, dispetçerlər əsasən tənzimlənməni və interval pozuntularının qarşısını almaq üçün mümkün bütün tədbirləri görürlər.
"İkinci vacib məqam, stansiyada və yaxud tuneldə qatarın normadan artıq dayanmasdır. Qatarın stansiyanı vaxtında tərk edə bilməməsi nəticəsində intervalda da problemlər yaranır. Çünki qatarların xətlərdə hərəkətinə icazə verən sistem müəyyən məsafədən sonra digər qatarın yaxınlaşmasına, hətta maşinist istəsə belə, imkan vermir.
Bu səbəbdən də qeyd olunan gözləmələr yaranır. Hazırda dispetçerlər bu gün daha çox hiss olunan yubanmaların aradan qaldırılması üçün bütün qüvvələrini səfərbər ediblər", - deyə açıqlamada qeyd olunur.
***
Bakı metropoliteninin işində problem yaranıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı oxu.az-a məlumat verilib.

Qeyd olunub ki, "Memar Əcəmi" stansiyasında qatarlar arasında interval 10 dəqiqəni ötüb.
"Qatarlar tuneldə getdiyi qədər də hər platformada dayanır. Hər platformada ən azı 2-3 dəqiqə gözləyirlər", - deyə şikayətdə bildirilir.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












