Bakı sakininə qarşı 18 min manatlıq dələduzluq edildi

Polis Nəsimi, Abşeron və Suraxanı rayonlarında dələduzluqda şübhəli bilinən 4 nəfəri saxlayıb.
Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində iki nəfər üzləşdiyi dələduzluqla bağlı polisə müraciət edib.
Onlardan biri onu aldadadan şəxsin hesabına 18400, digəri isə 100 manat ödətdirdiyini bildirib.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərində şübhəli bilinən 26 yaşlı S.Əsədzadə və 27 yaşlı K.Bayramov müəyyən olunaraq saxlanılıblar.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhərində bir nəfəri aldadaraq hesabına 80 manat ödətdirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 53 yaşlı İ.Mirzəyev saxlanılıb.
Suraxanı rayonunda isə bir qadının mobil telefonunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 40 yaşlı E.Bərxudarov müəyyən olunaraq 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












