Bakı və Qazaxıstan limanları arasında əməliyyatların gücləndirilməsi müzakirə olunub - FOTO

Qazaxıstanda səfərdə olan AZCON Holding və Azərbaycan Dəmir Yollarının (ADY) nümayəndə heyəti bu ölkənin aparıcı liman və terminallarının fəaliyyəti ilə tanış olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları Agentiyi (ADY) məlumat yayıb.
Səfər çərçivəsində Aktau və Kurık limanları, Aktau Dəniz Şimal Terminalı, “Aktau Beynəlxalq Konteyner Qovşağı” MMC və “Sarja” multimodal terminalının infrastrukturuna baxış keçirilib, regionun nəqliyyat-logistika imkanlarının genişləndirilməsində bu liman və terminallarda aparılan əməliyyatların mühüm rol oynadığı bildirilib.
Limanların rəhbərliyi ilə görüşlərdə Bakı Beynəlxalq Dəniz Limanı ilə Aktau və Kurık limanları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, yükaşırma əməliyyatlarının səmərəliliyinin artırılması və rəqəmsal məlumat mübadiləsinin təşkili ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər tranzit yüklərin daşınması proseslərinin optimallaşdırılması və Orta Dəhlizin rəqabətqabiliyyətliliyinin gücləndirilməsi baxımından limanlar arasında koordinasiyanın əhəmiyyətini vurğulayıblar.




Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












