Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkətinin bərpa olunacağı tarix BİLİNDİ

Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkətinin bərpa olunacağı tarix açıqlanıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) sorğusuna cavab olaraq bildirilib ki, hava şəraiti imkan verərsə, təmir işlərinin bu ayın sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur.
Qurumdan əlavə edilib ki, bu halda Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə xətlər istismara təhvil veriləcək:
"Gecikmə hava şəraiti ilə bağlıdır. Xətlərdən biri artıq təhvil verilib. Hava şəraiti uyğun olarsa, digər xətlər də yaxın vaxtlarda istifadəyə veriləcək".
Qeyd edək ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-30-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli, 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı"nın icrası çərçivəsində Xırdalan şəhərinin M-1 Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə aparılan təmir işləri ilə əlaqədar ötən il sentyabrın 15-dən Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkəti dayandırılıb./oxu.az
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












