Bakı yağış altında: Yollar QARIŞIR , taksi qiymətləri "UÇUR"

Göydən yerə düşən hər bir damcı Bakı yollarında xaosa səbəb olur. Tıxaclar artır, sürücülər bir-birinə mane olur, şəhər nəqliyyat sistemi sanki iflic olur. Bu xaosdan istifadə edən taksi xidmətləri də qiymətlərini qaldırır, şəhər sakinləri isə nəqliyyat məsələsində əlavə çətinliklərlə üzləşir.
Məsələ ilə bağlı nəqliyyat eksperti İlqar Hüseynov bildirdi ki, Bakı şəhərində tıxac daimidir və bunun qarşısını almaq çətindir:
"Yağışlı hava şəraitində sürücülər riskləri nəzərə alaraq nəqliyyatın hərəkət sürətini aşağı salırlar. Bu isə nəqliyyatın intensivliyinə təsir göstərir. Tıxaclar taksi xidmətlərinə də təsir edir və sürücülər qiymətləri artırırlar. Bu, onların saatlarla yollarda qalması səbəbindən adekvat bir məsələdir. Sürücülər sifarişçilərdən məhrum olduqları zaman öz xərclərini yanacaq və ya kredit xərclərini qarşılamaq üçün qiymətləri bahalaşdırmaq məcburiyyətində qalırlar. Azərbaycanda, xüsusilə Bakı şəhərində yolların infrastrukturu hələ də tam olaraq düzəlməyib və yeni yol ötürücüləri yaradılmayıb. Bu səbəbdən tıxaclar yağışlı və ya yağışsız hava şəraitindən asılı olmayaraq davam edəcək".(redaktor.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












