Bakıda 13 min manatlıq oğurluq

Binəqədi rayonunda talama cinayəti baş verib.
Avtosfer.az xəbər verir ki, rayonun Biləcəri qəsəbə sakini polisə müraciət edərək yaşadığı evdən 3000 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlanmasını bildirib. Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı R.Muradov müəyyən olunaraq saxlanılıb.
Nəsimi və Nərimanov rayonlarında yerləşən mağazalardan isə ümumi dəyəri 4300 manat olan iki ədəd mobil telefon və noutbuk oğurlamaqda şübhəli bilinən 5 nəfər- C.İsmayılov, A.Şanayev, T.Abdıyev, P.Fərziyev və R.Qurbanəliyev də polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












