Bakıda 803 qutu pirotexniki vasitə aşkarlandı - VİDEO

Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Ramana qəsəbəsi Şuşa şəhərciyində pirotexniki vasitələrin gizli şəkildə satıldığı anbar aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, tədbir zamanı pirotexniki və tezalışan maddələrin satışını təşkil edən 38 yaşlı N.Şükürov saxlanılıb. Ondan 803 qutu səs və 6372 ədəd işıq effekti yaradan pirotexniki vasitə aşkar edilib. Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Qeyd edək ki, ötən həftə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışına qarşı həyata keçirilən tədbirlər zamanı 25 fakt aşkarlanıb. Saxlanılan şəxslər barəsində müvafiq tədbirlər görülüb.
Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












