Bakıda aksiz markasız külli miqdarda siqaret aşkar edildi - FOTO

Bakıda aksiz markasız külli miqdarda siqaret aşkar edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində iki fakt üzrə üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan külli miqdarda siqaretlərin realizə edilməsinin qarşısı alınıb.
Nəsimi rayonu ərazisində yerləşən və anbar kimi istifadə edilən yaşayış sahəsindən 51 200 ədəd, Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən fərdi yaşayış evindən isə 45 000 ədəd olmaqla, ümumilikdə iki fakt üzrə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 96 200 ədəd siqaret aşkar edilərək realizə olunmasının qarşısı alınıb.

Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB












