Bakıda beyin insultu üzrə beynəlxalq konfrans keçiriləcək

Fevralın 5–6-da Bakıda beyin insultu üzrə müasir tibbi xidmətlərin yaradılması və bu sahədə həyatqurtarıcı yüksək texnoloji müdaxilələrin inkişafına həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Tədbir Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin təşəbbüsü ilə təşkil olunacaq.
Bu barədə təşkilatın sədri, Köln Universitetinin Tibb fakultəsinin üzvü, “GFO Kliniken Troisdorf”un klinika rəhbəri professor Nuran Abdullayev məlumat verib. O bildirib ki, konfransın əsas məqsədi Azərbaycanda insult üzrə müasir tibbi xidmət modelinin formalaşdırılmasına, həmçinin həkimlərin bilik və praktiki bacarıqlarının artırılmasına dəstək verməkdir.
Beynəlxalq tədbirdə Almaniyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən aparıcı klinikaların rəhbərləri və neyroradiologiya üzrə tanınmış mütəxəssislər iştirak edəcəklər. Qonaqlar arasında Nuran Abdullayevlə yanaşı, Münxen Klinikasında direktor vəzifəsində çalışan professor Anastasios Mpotsaris və Aşaffenburq şəhərində klinika rəhbəri olan Volker Maus da yer alacaqlar.
Konfransda ölkənin aparıcı tibb müəssisələrinin rəhbərləri, beynəlxalq ekspertlər və digərləri çıxış edəcəklər. Tədbirdə insult mərkəzlərinin yaradılması, kəskin işemik insult zamanı mexaniki trombektomiyanın təşkili, pasiyent seçimi, süni intellektin diaqnostik proseslərdə rolu, eləcə də multidissiplinar əməkdaşlıq modelləri müzakirə olunacaq.
Konfrans çərçivəsində xüsusi əhəmiyyət daşıyan praktiki master-klas da təşkil ediləcək. Master-klas zamanı dünyada aparıcı tibbi texnologiya şirkətləri tərəfindən istehsal olunan, hətta Almaniyada belə hələ klinik istifadəsinə başlanılmamış yeni nəsil beyin stendləri və tromb sorucu materiallar nümayiş etdiriləcək. İştirakçılara bu cihazların model üzərində tətbiqinə şərait yaradılacaq ki, bu da Azərbaycan üçün bir ilk hesab olunur.
Qonaqların Bakıya səfəri çərçivəsində beynəlxalq nümayəndə heyətinin bir sıra görüşləri də nəzərdə tutulub. Görüşlərdə insult üzrə milli strategiyanın inkişafı, regional insult mərkəzlərinin yaradılması və uzunmüddətli elmi-tibbi əməkdaşlıq perspektivləri müzakirə ediləcək.
Beynəlxalq konfrans Azərbaycanda beyin insultu üzrə müasir, sürətli və effektiv tibbi yardım sisteminin qurulmasına töhfə vermək məqsədi daşıyır./azərtac
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi










