Bakıda bu rayonda 15 bina SÖKÜLƏCƏK

"Nərimanov rayonunda şəhərsalma və yenidənqurma layihələri çərçivəsində ilkin mərhələdə 15 binanın sökülməsi nəzərdə tutulur".
Avtosfer.az xəbər verir ki, bunu baku.ws-ə açıqlamasında AQC İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib.
AQC sədri əlavə edib ki, söküntülərin dəqiq sayı ilə bağlı tam siyahı hazırda açıqlana bilməz:
"Buna səbəb dövlət proqramı çərçivəsində nəzərdə tutulan layihələrin rayonla tam şəkildə paylaşılmamasıdır. Söküntü və yenidənqurma işlərinin əsasən Nazim Hacıyev küçəsi, Montin, Keşlə, Təbriz küçəsi, Ağa Nemətulla küçəsi, Fətəli xan Xoyski prospekti və Mayakovski küçəsi istiqamətində aparılması nəzərdə tutulur.
İlk növbədə texniki vəziyyəti qənaətbəxş olmayan və qəzalı binaların sökülməsi planlaşdırılır. Bununla yanaşı, həmin ərazilərdə abadlıq və yeni tikinti işlərinin həyata keçirilməsi də nəzərdə tutulur.
Ağa Nemətulla və Təbriz küçələri, eləcə də metro ətrafında artıq müəyyən yenidənqurma işləri həyata keçirilib. Mövcud layihələrin tamamlanmasından sonra rayonun ayrı-ayrı hissələrinin kompleks şəkildə yenidən qurulması planlaşdırılır.
Rayon üzrə aparılacaq işlər Bakı şəhərinin Baş Planı – 2040 çərçivəsində həyata keçiriləcək. İlkin mərhələdə 15 binanın sökülməsi nəzərdə tutulsa da, gələcəkdə prosesin digər əraziləri də əhatə etməsi gözlənilir".
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












