Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı - FOTO
Xəbərlər
14 May 2025 14:41

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.
Avtosfer.az xəbər verir ki, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri tədbir zamanı paytaxt ərazisində silsilə talama cinayətləri törətməkdə şübhəli bilinən Əlcəzair vətəndaşları 30 yaşlı Mahdi Sidi Muhamed və 28 yaşlı Abkari Riad Bourouba tutulublar.
Araşdırmalarla məlum olub ki, onlar paytaxt ərazisində ayrı-ayrı vaxtlarda şəhərin mərkəzində yerləşən və insanların sıx olduğu ictimai iaşə obyektlərində cibgirlik yolu ilə müxtəlif şəxslərin mobil telefonlarını və digər qiymətli əşyalarını oğurlayıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxunub : 738
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 12:44
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
11 Noyabr 2026 22:45
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
11 Noyabr 2026 19:57
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
ŞƏRH YAZ












