Bakıda həkim xuliqanlığa görə saxlanıldı

Bakıda həkim inzibati qaydada həbs edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib. Qaradağ rayonu 20 saylı Təcili Tibbi Yardım Stansiyasında həkim-terapevt işləyən 1998-ci il təvəllüdlü E.Babayev xuliqanlıq əməli ilə bağlı polis tərəfindən saxlanılıb.
Onun hərəkətləri şübhə doğurduğundan müayinəyə göndərilib.Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində ambulator məcburi narkoloji tibbi yoxlamadan keçirilən həkimdən götürülən nümunədə THC (+) aşkar olunub. Həmçinin rəydə həkimdə narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı qeyd edilib.
E.Babayev barəsində inzibati protokol tərtib edilib. O, Binəqədi Rayon Məhkəməsinə göndərilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitə olan marixuanadan 31 dekabr 2024-cü il tarixdə istifadə etdiyini deyib.
Biinəqədi Rayon Məhkəməsinin qərarı ilə həkim-terapevtə 1 ay inzibati həbs cəzası verilib.
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












