Bakıda ictimai nəqliyyatda ödəmə sistemindəki PROBLEM ARADAN QALXDI - YENİLƏNİB

"İctimai nəqliyyatda ödənişlə bağlı problem həll olunub".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov məlumat verib.
"K Group" MMC-nin operatoru olduğu sistemdə internet problemi səbəbindən metro və avtobuslarda bu gün saat 11:33-dən 12:15-dək onlayn ödəniş etmək mümkün olmayıb. Hazırda problem aradan qaldırılıb, sərnişinlər ödənişləri QR yaratmaqla həyata keçirə bilirlər", - deyə T.Orucov bildirib.
***13:11
Bu gün Bakıda ictimai nəqliyyatda onlayn ödəniş sistemində yenidən problem yaranıb.
Avtosfer.az xəbər verir ki, “M10” və “Birbank” tətbiqləri vasitəsilə edilən ödənişlər QR kodun əldə edilməməsi səbəbindən mümkünsüz olub. Nəticədə ictimai nəqliyyatın işində problemlər yaranıb, metroların girişlərində növbələr müşahidə edilir.
Qeyd edək ki, son vaxtlar bu problem tez-tez baş verir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












