Bakıda kirayə mənzillərin qiyməti bahalaşır

"Tələbə axını olduğu üçün müraciətlərin sayı artıb. Müraciətlərin sayının artması isə qiymətə təsir göstərir. Həmçinin burada psixoloji faktor var. Mülkiyyətçi düşünür ki, müraciət edənlərin sayı artdıqca, qiyməti yüksəltmək lazımdır".
Bunu əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. Onun sözlərinə görə, ötən illə müqayisədə kirayə mənzillərin qiymətində ən azı 15 faiz artım var:
"Şəhərin mərkəz hissələrində artım daha çoxdur. Mənzil bahalaşdıqca, onun kirayə dəyəri də artır. Məsələn, şəhərin mərkəzində 1 otaqlı mənzilin kirayə haqqı 1000 manatdan yüksəkdir. Bu qiymətə olan mənzildə 15 faiz artım 150 manat edir".
R.Osmanlı bildirib ki, son illər əmlak bazarında iki istiqamət üzrə ciddi şəkildə dəyişiklik müşahidə olunur: "Köhnə mənzil fondu sürətlə azalır, sıradan çıxır. Köhnə binaların sökülməsi nəticəsində ucuz mənzillər üzrə təklif portfeli məhdudlaşır. Şəhərin mərkəzində və ona yaxın ərazilərdə yerləşən ikimərtəbəli yaşayış massivlərindən ibarət yaşayış sahələri sökülür. Hansı ki, 2,3 və ya 4 nəfər bir evdə kirayədə qalırdı, o qədər də üzərlərinə yük düşmürdü. Belə ki, həyət evləri idi və ucuz qiymətə təklif olunurdu. Onların yerində bazara yeni tikililər daxi olur. Təbii ki, yeni tikililərin qiyməti yüksəkdir".
Ekspert qeyd edib ki, qiymətin bahalaşması əmlakın gəlirliliyinə təsir göstərir:
"Məsələn, 100 minlik əmlakla 200 min qiyməti olanın gəlirlik dərəcəsi eyni ola bilməz. Bu da qiymət artımına təsir göstərir. Digər tərəfdən bu söküntülər nəticəsində əmlak bazarında müəyyən dövrlər üçün kirayə tələbi formalaşır. Məsələn, bir ərazi sökülür, orada yaşayan 2500 mülkiyyətçiyə kirayə mənzil haqqı verilir. Onların müəyyən hissəsi də tələbi artırır. Bu faktorlar məhdud təklif fonunda tələbin və qiymətin artımına təsir göstərir".(unikal)
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












