Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI

Bakının bəzi ərazilərində mal ətinin qiyməti bahalaşıb. Hazırda sümüklü mal ətinin kiloqramı 19, sümüksüz ət isə 23 manata satılır.
Avtosfer.az xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Modern.az-a açıqlamasında bildirib ki, bahalaşmanın əsas səbəbləri heyvandarlıqda istehsal xərclərinin artması və təklifin məhdudlaşmasıdır.
Onun sözlərinə görə, yem, ot, baytarlıq və daşınma xərclərinin yüksəlməsi ətin maya dəyərini artırır. Eyni zamanda, mal-qaranın sayında azalma və bazara çıxarılan ət həcminin məhdudlaşması qiymətlərə təzyiq yaradır.
Ekspert kafe və restoranların da ətə olan tələbatı artıraraq qiymətlərə müəyyən təsir göstərdiyini qeyd edib.
Akif Nəsirli hesab edir ki, istehsal xərcləri və təklif problemi davam edərsə, mal ətinin qiyməti qarşıdakı aylarda da yüksək qala və daha da bahalaşa bilər.
“Fermerin gəlirliliyi azalarsa, mal-qaranın sayını azaltması gələcəkdə ət təklifini daha da məhdudlaşdıra bilər. Bu isə qiymətlərin yüksək qalmasına səbəb ola bilər”, - deyə ekspert vurğulayıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












