Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı - FOTO

Bakıda marketlərdə toyuq filesi tapılmır.
Avtosfer.az xəbər verir ki, bu fakt Oxu.Az-ın araşdırması zamanı ortaya çıxıb. Bir neçə məşhur marketlər şəbəkələrinə baxış keçirilsə də, file tapılmayıb. Soruşduqda isə market əməkdaşları "çoxdandır gətirilmir" cavabı veriblər.

Lakin məlum olub ki, əvvəllər 6-7 manata çox rahatlıqla tapılan bu məhsulu indi əldə etmək üçün sırf toyuq məhsulları mağazalarına yollanmaq lazımdır.
Sözügedən mağazalara baş çəkərkən maraqlı mənzərənin şahidi olduq. File satışı həyata keçirilsə də, qiymət fərqi açıq nəzərə çarpır. Belə ki, hazırda ən ucuz file satışı 8.5 manatdan başlayır. Satıcılardan məhsulun 1 ay içində təxminə 1.5 manat bahalaşma səbəbini soruşanda, file ilə bağlı ciddi qıtlıq yaşanmasını göstərdilər.

Marketlərdən də bu məhsulun yoxa çıxma səbəbinin əslində qıtlıqla bağlı olduğu ehtimal edilir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS











