Bakıda məşhur hospitalda əməliyyatdan sonra ÖLÜM

Bir neçə gün əvvəl Bakının Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib.
Avtosfer.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Şəmkir rayonunun Dəllər qəsəbəsində yaşayan, 1982-ci il təvəllüdlü Eynur Səfərov özəl klinikada əməliyyat olunub.
Xəstəxanadan onun səhhətinin normallaşdığı bildirilərək evə buraxıldığı qeyd edilib. Şəmkirə qayıdan 44 yaşlı kişi orada özünü pis hiss edib və yaxınları tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Lakin o, qısa müddət sonra vəfat edib.
Məsələ ilə bağlı "Olimp Hospital"ın mövqeyini öyrənmək üçün klinikaya sorğu ünvanlansa da, cavab verilməyib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə sorğuya cavab olaraq bildirilib ki, 1982-ci il təvəllüdlü şəxs (kişi) sentyabrın 29-da saat 22:40-da Şəmkir RMX-nin Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub.
Bildirilib ki, ona dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması diaqnozu təyin edilib, zəruri tibbi xidmətlər göstərilib.
Pasiyent aparılan reanimasiya tədbirlərinə cavab verməyib və sentyabrın 30-da saat 07:45-də bioloji ölüm faktı qeydə alınıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












