Bakıda məşhur kafe SÖKÜLƏCƏK - VİDEO

Bakının Xətai rayonu, Zığ şosesi, 14 və Ramiz Quliyev küçəsinin kəsişməsində söküntü işləri aparılacaq.
Avtosfer.az xəbər verir ki, görüləcək işlər Bakının Baş planına əsasən həyata keçiriləcək.
Sözügedən ünvanda köhnə fərdi evlər, qəzalı binalar və iaşə obyektləri söküləcək. Söküntü ərazisində Bakının ən məhşur iaşə obyektlərindən biri olan "Nargilə" kafesi də var.
Məlumata görə, söküntü işləri başa çatdıqdan sonra ərazidə yeni yol qovşağı salınacaq və bundan sonra layihəyə uyğun genişmiqyaslı abadlıq işləri görüləcək. Artıq sakinlər də söküntü və görüləcək işlər barədə məlumatlandırılıblar.
Sakinlər bildirirlər ki, planlaşdırılan söküntülərlə bağlı onlara nə rəsmi məlumat verilib, nə də ev və obyektlərinə görə kompensasiya ödənilib-ödənilməyəcəyi, eləcə də yeni mənzillə təmin olunub-olunmayacaqları barədə xəbərləri var.
Elə ərazidə fəaliyyət göstərən iaşə obyektlərinin əməkdaşları da söküntü işləri ilə bağlı onlarla hələ rəsmi danışığa başlanılmadığını dilə gətiriblər.
Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda əraziyə uyğun layihələndirmə işləri aparılır.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












