Bakıda mikromobillik vasitələri 7 milyon dəfəyə yaxın sifariş olunub

Son iki ildə Bakıda mikromobillik infrastrukturunun qurulmasına başlanıldığı vaxtdan velosiped və elektrikli skuterlər 6,9 milyon dəfədən çox sifariş olunub.
Bu barədə Avtosfer.az-a Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, bu müddətdə istifadəçilər 18 milyon km-ə yaxın məsafə qət ediblər. Statistika yalnız kirayə xidmətlərini əks etdirir, şəxsi velosiped və skuterlərdən istifadə bu göstəricilərə daxil deyil.
Bu ilin 7 ayı ərzində isə kirayə xidmətində olan velosiped və skuterlər 2 297 405 dəfə sifariş olunub. Yanvar-iyul aylarında mikromobillik vasitələrindən istifadəçi sayı 1 160 228 nəfər olub və ümumilikdə 4 918 839 km məsafə qət edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həm sifariş, həm də istifadəçi sayında 1,2 dəfə artım deməkdir.
İnfrastrukturun genişləndirilməsi istifadəçi sayının artmasına da müsbət təsir göstərir. Hazırda paytaxtda mikromobillik zolaqlarının uzunluğu 66,6 km-ə çatdırılıb. "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq mikromobillik zolaqlarının uzunluğunun 100 km-ə çatdırılması nəzərdə tutulur.
Son 2 ildə əldə olunan nəticələr göstərir ki, Bakıda mikromobillik artıq alternativ nəqliyyat vasitəsi olmaqdan çıxaraq şəhərin müasir və dayanıqlı nəqliyyat sisteminin mühüm hissəsinə çevrilir. Mikromobilliyin inkişafı qısa məsafələr üzrə daha rahat və çevik hərəkət imkanı yaradır, nəqliyyat sıxlığının və karbon emissiyalarının azalmasına, ictimai nəqliyyata əlçatanlığın artmasına töhfə verir.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir











