Bakıda mikromobillik zolaqlarının uzunluğu 66,6 km-ə çatdırılıb - FOTO

Hazırda paytaxt ərazisində velosiped yollarının uzunluğu 66,6 km-ə çatdırılıb.
Bu barədə Avtosfer.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, mikromobillik infrastrukturunun genişləndirilməsi istifadəçi sayının artmasına da müsbət təsir göstərir. Belə ki, bu ilin iyun ayında velosiped və skuterlər 468 751 dəfə sifariş edilib. Mikromobillik vasitələrinin sifarişində bu, rekord göstərici hesab olunur.
Ötən ay velosiped və skuterdən istifadəçi sayı 238 351 nəfər, qət edilən məsafə isə 1 009 172 km təşkil edib.
Xatırladaq ki, Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir. Kəsintisiz zolağın təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir.
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na əsasən mikromobillik zolaqlarının uzunluğunun 100 km-ə çatdırılması planlaşdırılır.

Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












