Bakıda nəqliyyat axınları “rəqəmsal əkiz” vasitəsilə təhlil olunur

Hər hansı bir infrastruktur layihəsi icra olunmazdan əvvəl “rəqəmsal əkiz” adlanan alətdən istifadə edilir. Bu alət müxtəlif mənbələrdən toplanan məlumatlar əsasında insanların mövcud hərəkət axınlarını təhlil edir və müəyyənləşdirir ki, hazırda Bakıda insanlar hansı nəqliyyat növlərindən istifadə edərək hansı məsafələri qət edirlər.
Bu barədə açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, prosesə şəhərətrafı elektrik qatarları, şəhər ətrafından Bakıya daxil olan fərdi nəqliyyat vasitələri daxildir və gündə təxminən 300 min avtomobil paytaxta daxil olur.
“Daha sonra şəhər daxilində hərəkət əsasən metro, avtobus, mikromobillik vasitələri və piyada nəqliyyatı ilə davam edir. Mikromobillik nisbətən yeni anlayış olsa da, artıq istifadəçi sayı kifayət qədər artıb. Gələcəkdə bu sistemə tramvay xətlərinin də əlavə olunması nəzərdə tutulur. Metro və dəmir yolu şəbəkəsi genişləndikcə, intensivlik artdıqca, 2030-cu ilə qədər nəzərdə tutulmuş dövlət proqramı çərçivəsində nəqliyyat balansında ciddi dəyişikliklər baş verəcək. Belə ki, mərhələli şəkildə fərdi nəqliyyat vasitələrindən istifadə edənlərin böyük hissəsinin ictimai nəqliyyata keçidi gözlənilir. Bu prosesdə mikromobillik xüsusi əhəmiyyət daşıyır. Çünki “sonuncu mil” adlanan, yəni 1–3 kilometr məsafələrin qət edilməsi üçün skuter, elektrik velosipedi və adi velosipedlər optimal vasitə hesab olunur. İlkin mərhələdə mikromobillik bir çoxları tərəfindən daha çox əyləncə və ya bulvar ərazisi ilə məhdud element kimi qəbul edilsə də, şəbəkə halını aldıqdan sonra bu yanaşma dəyişib və artıq birinci mərhələ üzrə əsas işlər tamamlanıb”, - deyə Rauf Ağamirzəyev vurğulayıb.
Ekspert əlavə edib ki, hazırda şəhərin şərq hissəsindən – “Gənclik” parkından başlayaraq 8 Noyabr prospekti boyunca mərkəzə və oradan da şəhərin qərbinə, Elmlər Akademiyası–Mətbuat prospekti istiqamətinə qədər hərəkət etmək mümkündür: “Bəzi xırda çatışmazlıqlar istisna olmaqla, bu marşrut üzrə lazımi infrastruktur yaradılıb. Xüsusilə şəhərin nüvə hissəsində istifadəçi sayının daha çox olması göstərir ki, imkan yaradıldıqca bu nəqliyyat növünə maraq da artır. Növbəti illərdə mövcud şəbəkənin hansı istiqamətlər üzrə genişləndiriləcəyi ilə bağlı ciddi təhlillər aparılır. Tələbə uyğun təkliflər formalaşdırılmaqla şəbəkə daha əlaqəli hala gətirilir, yeni ərazilər cəlb olunur və küçə-yol şəbəkəsi daxilində avtomobil yollarına alternativlər yaradılır. Bu yanaşma müasir dünya şəhərlərində qısa müddətdə effektiv nəticə verən əsas nəqliyyat alternativlərindən biri hesab olunur. Mikromobillik vasitələrinin istifadəsi ilə bağlı hüquqi-normativ baza artıq formalaşdırılıb. Həm bu vasitələrin təşkili standartlaşdırılıb, həm də onların hərəkəti ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklər edilib və əlavə tədbirlərin görülməsi üçün hüquqi zəmin yaradılıb”./azərtac
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur












