Bakıda nəqliyyat nazirlərinin görüşü keçiriləcək

İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Bakıya səfəri zamanı İran-Azərbaycan-Gürcüstan üçtərəfli dəhlizinin aktivləşdirilməsinin vacibliyini bildirib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Fərzanə Sadiq Bakıda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşüb.
Görüşdə iki ölkə arasında nəqliyyat əməkdaşlığının son vəziyyətinə baxılıb və tərəflər mövcud maneələri, xüsusən də iki ölkə ərazisində sürücülərin hərəkəti ilə bağlı məsələləri nəzərdən keçirərək, problemlərin həllinin sürətləndirilməsinin və icra qərarlarının qəbul edilməsinin zəruriliyini vurğulayıblar.
Bununla əlaqədar qaldırılan məsələlərin izlənməsi və həlli üçün lazımi göstərişlər verilib. Hər iki tərəf bu tranzit marşrutun icra istiqamətlərinin möhkəmləndirilməsi və lazımi koordinasiyanın yekunlaşdırılması məqsədilə İran–Azərbaycan-Gürcüstan dəhlizinin işinin gücləndirilməsi məqsədilə bu il Bakıda üç ölkənin nazirlərinin birgə görüşünün keçirilməsi barədə razılığa gəlib.
Əldə olunmuş razılaşmalara əsasən, iki ölkənin birgə Nəqliyyat Komitəsi bir aydan gec olmayaraq toplanmalı və mövcud maneələrin aradan qaldırılması və nəqliyyat əməkdaşlığının inkişafı üçün lazımi qərarlar qəbul etməlidir.
Qeyd edək ki, fevralın 23-də Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 17-ci iclası keçirilib, anlaşma memorandumu imzalanıb.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












