Bakıda ödənişli avtomobil yollarının tikilməsi təklif olunur

"Paytaxtda ödənişli hərəkət zonalarının yaradılması şəhərin mərkəzində avtomobil sıxlığının azalmasına və tıxacların aradan qalxmasına xidmət edəcək".
Bunu açıqlamasında deputat Azər Badamov deyib. O bildirib ki, ödənişli hərəkət zonalarının yaradılması beynəlxalq təcrübədə mövcuddur:
"Yəni, şəhərin mərkəzinə hamı şəxsi avtomobillə daxil olmamalıdır. Amma bunun üçün ictimai nəqliyyat müntəzəm işləməli və insanların rahat hərkətini təmin etməlidir".
Deputat qeyd edib ki, şəhərin müxtəlif istiqamətlərində mövcud avtomobil yolu üzərində həmin yola paralel şəkildə körpülər üzərində ödənişli avtomobil yolu tikmək mümkündür:
"O cümlədən, dənizin üzərindən Bayılı Zığa birləşdirəcək ödənişli avtomobil yolu tikmək vacibdir. Ödənişli avtomobil yolunun tikilməsi üçün dövlət büdcəsindən vəsaitin ayrılmasına ehtiyac yoxdur. Beynəlxalq praktikada "tik-istifadə et-təhvil ver" qaydası ilə belə layihələr icra olunur. Bu baxımdan hansı istiqamətlər daha müvafiqdirsə, həmin istiqamətlərdə ödənişli yolun tikintisi üçün investorlar cəlb olunmalı və inşa edilməlidir. Belə olan halda uzun müddətə tıxac problemindən azad ola bilərik"./unikal
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












