Bakıda onlarla məktəbə direktor TƏYİN EDİLDİ

Bakı şəhərində fəaliyyət göstərən 42 ümumi təhsil ocağına yeni rəhbərlər təyin edilib.
Avtosfer.az xəbər verir ki, bu haqda Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən açıqlama verilib.
Məlumatda qeyd olunub ki, təyinatlar paytaxt ərazisindəki 198, 97, 131, 308, 94, 254, 133, 81, 71, 139, 335, 334, 230, 205, 162, 155, 87, 38, 106, 298, 58, 63, 142, 337, 215, 296, 327, 258, 185, 305, 108, 165, 315, 203, 256, 323, 73 nömrəli tam orta məktəbləri, həmçinin 2 nömrəli texniki-humanitar lisey, 1 nömrəli idman liseyi, 115 nömrəli xüsusi əyani-qiyabi tam orta ümumtəhsil məktəbi, 6 nömrəli respublika inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi və E.Quliyev adına 9 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi üzrə mövcud olan vakant yerləri əhatə edib. Vəzifəyə yeni təyin edilən məktəb rəhbərləri işə qəbul imtahanlarını müvəffəqiyyətlə tamamlayan namizədlərdir.
Xatırladaq ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisasları üzrə ali təhsilə malik, ən azı 5 il (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcə və ada sahib olanlar üçün 3 il) pedaqoji təcrübəsi olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətini davam etdirən şəxslər iştirak ediblər.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












