Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO

Bakının mərkəzində piyada yönümlü şəhər mühitinin formalaşdırılması istiqamətində atılan addımlar maraqla qarşılanır.
Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, son dövrlər bəzi küçələrin avtomobil hərəkətinə bağlanaraq piyadalar üçün açılması şəhərsalma baxımından müsbət qiymətləndirilir.
Lakin bu layihələrin nə dərəcədə funksional olacağı infrastrukturun digər elementlərindən asılıdır. Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev açıqlamasında İslam Səfərli küçəsinin piyadalaşdırılmasını müsbət addım kimi dəyərləndirib:
![]()
"Bu qərar Qış Parkı ilə Fəvvarələr Meydanı arasında fasiləsiz piyada marşrutunun formalaşmasına imkan yaradır və şəhər mərkəzində piyadaların rahat hərəkətini təşviq edir.
Lakin layihənin tam səmərə verməsi üçün ətraf küçələrdə də uyğun dəyişikliklər aparılmalıdır. Füzuli, Şəmsi Bədəlbəyli və Mirzəağa Əliyev küçələrində eyni səviyyəli piyada keçidlərinin, eləcə də avtobus dayanacaqlarının sayı artırılmasa, yaradılan piyada zonası gözlənilən effekti verməyəcək".
![]()
Ekspert vurğulayıb ki, piyada marşrutunun keyfiyyəti təkcə daş döşəmə və vizual yenilənmə ilə ölçülməməlidir: "Təhlükəsiz keçidlər və əlçatan ictimai nəqliyyat olmadan piyadalaşdırma layihələri yarımçıq qalır və şəhər sakinlərinin gündəlik istifadəsinə tam cavab vermir".
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












