Bakıda polis keçmiş məhkumu 6 kq narkotiklə tutdu - FOTO - VİDEO

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçirib, altı kiloqram narkotik aşkarlanıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 2025-ci ilin ilk günlərində həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş 49 yaşlı Zaur Əzizov saxlanılıb. Ondan iki kiloqramdan artıq yüksək təsiredici xassəyə malik narkotik vasitə olan həşiş qətranı və dörd kiloqrama yaxın marixuana aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədi ilə əldə etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, Z.Əzizov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO












