Bakıda polisin saxladığı maşından 10 kq narkotik tapıldı

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirləri davam etdirir.
Avtosfer.az xəbər verir ki, paytaxtın Yasamal rayonunda keçirilən əməliyyatla əvvəllər də analoji cinayətə görə məhkum olunmuş 1991-ci il təvəllüdlü Vasif İsmayılov saxlanılıb.
Onun sərnişin qismində əyləşdiyi avtomobilə baxış zamanı 10 kiloqram 65 qram marixuana aşkarlanıb.
V.İsmayılov ifadəsində narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşından aldığını və hissələrə ayırmaqla sataraq qazanc əldə etmək niyyətində olduğunu etiraf edib.
Saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Polis bütün ölkəboyu narkotiklərlə əlaqəli əməliyyat və nəzarət-profilaktik tədbirləri bundan sonra da qətiyyətlə davam etdirəcək.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












