Bakıda qazılan yol ilyarımdır niyə təmir olunmur? - VİDEO

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində təmir məqsədilə qazılan yolda uzun müddətdir işlərin aparılmaması sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb.
Qeyd olunub ki, Yavər Əliyev küçəsi yenidən asfalt örtüyünün çəkilməsi üçün qazılsa da, ərazidə heç bir iş görülmür.
"İki il əvvəl bu yolu qazdılar, gətirib bordürləri döşədilər. İlyarımdan çoxdur ki, yol qalıb bu vəziyyətdə. Bütün çoxtonnajı avtomobillər bu yolla hərəkət edir. Yolda yaranan vəziyyət avtomobillərin də sıradan çıxmasına səbəb olur. Soruşanda ki, niyə asfalt çəkilmir yola? Deyirlər ki, əraziyə kanalizasiya xətti çəkilməlidir. Küçə çox bərbad vəziyyətdədir ", - deyə şikayətdə vurğulanır.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazidə işlər aparılır.
"Sabunçu rayonu, Yavər Əliyev küçəsində yeni tullantı su şəbəkəsinin və yağış sularının daşınması üçün nəzərdə tutulan drenaj xətlərinin qurulması istiqamətində tikinti-quruculuq işləri davam etdirilir".
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












