Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu - YENİLƏNİB

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fedorov, Boris Timoşov , Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliyin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, Sergey Sofronov 4 il, Anton Draçev 4 il, Dmitri Bezuqli 4 il , Dmitri Fedorov 3 il, Boris Timoşov 3 il, Valeri Dulov 4 il, Aleksey Vasilçenko 3 il və İlya Bezuqli 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
***
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fedorov, Boris Timoşov , Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliyin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən Sergey Sofronov 5 il, Anton Draçev 5 il, Dmitri Bezuqli 5 il , Dmitri Fedorov 4 il, Boris Timoşov 4 il, Valeri Dulov 5 il, Aleksey Vasilçenko 4 il və İlya Bezuqli 4 il müddətə azadlıqdan məhrum edilməsini təklif edib.
İttihama görə, Rusiya vətəndaşı olan Sergei Sofronov tamah niyyəti ilə həmin ölkənin vətəndaşları Dmitrii Bezuglyi, Aleksey Vasilçenko, Valeri Dulov, Anton Draçev, Dmitri Fedorov, Boris Timaşov, İlya Bezuqli və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması, daşınması və sonrakı müddətdə Bakı şəhərində qanunsuz satışının həyata keçirilməsi barədə razılıq əldə ediblər.
Belə ki, onlar həmin cinayətlərin törədilməsi üçün qabaqcadan öz aralarında vəzifə bölgüsü aparmaqla çoxsaylı şəxslərdən ibarət sabit cinayətkar qrup yaradıb mütəşəkkil dəstə halında birləşməkdə təqsirləndiriliblər.
Həmçinin, ittihama əsasən, aralarında əldə olunan ümumi razılaşmaya əsasən Sergey Sofronov digər mütəşəkkil dəstə üzvləri ilə birlikdə istintaqa məlum olmayan yerdə, vaxtda və şəraitdə naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4,153 qram çəkidə narkotik vasitə heroin, 5 ədəd blisterdə təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edən külli miqdarda 50 ədəd narkotik vasitə metadon dərman tabletləri və külli miqdarda 36,814 qram çəkidə psixotrop maddə metamfetamin əldə edərək gələcəkdə hər birinin satışını birgə həyata keçirmələri üçün hissələrə ayırıb öz aralarında bölüblər.
Qeyd edək ki, Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fedorov, Boris Timoşov, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliy, Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədildikdə maddələrlə) yekun ittiham irəli sürülüb.
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı










