Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? - VİDEO

Bu gün səhər saatlarında Bakıda, "Koroğlu" Mübadilə Mərkəzində sərnişinlərin avtobusdan düşürülməsi narazılıq yaradıb.
Oxu.az-a müraciət edən sərnişin bildirib ki, söhbət 7B xətti üzrə işləyən avtobusdan gedir.
"Avtobus sərnişinlə dolandan sonra hamını düşürdülər. Amma heç bir səbəb bildirmədilər. Sürücü avtobusu idarə etməkdən imtina etdi", - deyə müraciətdə bildirilir.
Məsələ ilə bağlı "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva faktı təsdiqləyib.
O qeyd edib ki, hadisə sürücünün səhhətində yaranan problem səbəbindən baş verib.
"Bu gün saat 08:38-də "BakuBus" MMC-nin istismarında olan 7B nömrəli marşrut xətti üzrə hərəkətdə olan 99-JU-648 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsünün səhhətində qəfil problem yaranıb və vəziyyəti barədə dərhal Monitorinq Mərkəzinə məlumat verilib.
Monitorinq Mərkəzinin göstərişi əsasında avtobusda olan sərnişinlərin digər avtobusa operativ yönləndirilməsi təmin edilib və onların səfərinin fasiləsiz davam etdirilməsi üçün bütün zəruri tədbirlər görülüb", - deyə açıqlamada bildirilir.
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı












