Bakıda sürücülərə xəbərdarlıq: Bu ərazidə sıxlıq yaranıb

Paytaxtın Süleyman Sani Axundov küçəsində aparılan asfalt yenilənməsi işləri "Azadlıq prospekti" metro stansiyasının ətrafında nəqliyyatın hərəkətini əhəmiyyətli dərəcədə çətinləşdirib.
Avtosfer.az xəbər verir ki, səhər saatlarından etibarən ərazidə avtomobillərin sıxlığı müşahidə olunub. Sürücülər əsas yoldakı sıxlıqdan yayınmaq üçün ara küçələrə yönəlsələr də, bu dəfə alternativ istiqamətlərdə də hərəkət intensivliyi artıb.
Yol işlərinin aparılması bəzi sürücülərin narazılığına səbəb olub. Onlar təmirin daha münasib vaxtda həyata keçirilməsinin mümkün olduğunu bildiriblər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata əsasən, Süleyman Sani Axundov küçəsi paytaxtda yenilənməsi nəzərdə tutulan 110 küçəlik layihəyə daxildir. İndiyədək 80 küçədə işlər başa çatdırılıb.
Qurumun açıqlamasında qeyd olunur ki, küçənin bu hissəsində təmirin iki gün ərzində tamamlanması planlaşdırılır. Hazırda köhnə asfaltın sökülməsi həyata keçirilir. Daha sonra əraziyə yeni asfalt örtüyünün çəkilməsi nəzərdə tutulur.
İşlər başa çatdıqdan sonra avtomobillərin həmin hissədə hərəkətinin tam bərpa ediləcəyi bildirilib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












