Bakıda təmir gedən yollar açıqlandı

Bakıda yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə aparılan təmir işləri çərçivəsində artıq 2 yol sahəsində işlər yekunlaşıb, daha 4 yol sahəsində isə təmir davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata əsasən, Abbasqulu ağa Bakıxanov küçəsinin Rəşid Behbudov və Ceyhun Hacıbəyli küçələri arasındakı hissəsində, eləcə də Xan Şuşinski küçəsinin Abbasqulu ağa Bakıxanov küçəsi ilə Vaqif prospekti arasındakı hissəsində təmir işləri başa çatdırılıb.
Hazırda isə Qara Qarayev prospektinin yan yolunda (Naxçıvanski küçəsindən Bəkir Nuriyev və Rüstəm Rüstəmov küçələrinədək), Hüseyn Cavid prospektində (Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Landau küçəsinədək, həmçinin Səməd Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək), Nazim Hikmət küçəsində (Asif Məhərrəmov Şərifzadə küçəsindən Həsən bəy Zərdabi və Mətbuat prospektlərinədək), eləcə də Sənan Abdullayev küçəsində (Baksol yolu) təmir işləri davam etdirilir.
AAYDA-dan bildirilib ki, paytaxt ərazisində vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə yol infrastrukturunun yenilənməsi istiqamətində təmir işləri mərhələli şəkildə davam etdirilir.
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












