Bakıda torpaq iyunda kəskin bahalaşdı

Bu ilin iyun ayında Bakının bütün rayonlarında torpaq sahələrinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc danışıb.
Onun sözlərinə görə, ən yüksək artım və qiymət səviyyəsi Səbail rayonunda qeydə alınıb. Burada bir sot torpağın orta qiyməti 422 780 manat təşkil edib ki, bu da illik müqayisədə 28% çoxdur.
Nərimanov və Nəsimi rayonları da torpaq bazarında yüksək göstəricilərlə seçilib. Nərimanovda orta qiymət 296 591 manat (+ 13% ), Nəsimidə isə 292 385 manat (+ 20% ) olub.
Ötən ay bir sot torpağın orta qiyməti Yasamal rayonunda 202 588 manat (+ 25%), Xətai rayonunda 232 965 manat (+ 12%), Nizami rayonunda 63 842 manat (+ 18%), Binəqədi rayonunda 54 875 manat (+ 14%), Sabunçu rayonunda 46 352 manat (+ 10.5%), Xəzər rayonunda 25 988 manat (+ 11%), Suraxanı rayonunda 25 541 manat (+ 10%), Qaradağ rayonunda 14 971 manat (+ 7%), Pirallahı rayonunda isə 9 124 manat (+ 8%) olub.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












