Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA

Çexiyanın Bakıda tramvay xətlərinin çəkilişində iştirak etmək istəyi paytaxtda tramvay nəqliyyatının yenidən bərpası məsələsini gündəmə gətirib. Şəhərdə avtomobillərin sayının artması və tıxacların davam etməsi alternativ ictimai nəqliyyat vasitələrinə ehtiyacı daha da aktuallaşdırır.
Avtosfer.az xəbər verir ki, tramvay xətlərinin yenidən qurulması Bakıda sərnişindaşıma sisteminin inkişafına və nəqliyyat sıxlığının azaldılmasına təsir göstərə bilər. Bəs paytaxtda tramvay nəqliyyatının bərpası tıxacların həllinə nə dərəcədə kömək edə bilər və bu layihənin həyata keçirilməsi üçün hansı ərazilər daha əlverişlidir?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakıda tramvay xətlərinin çəkilişində Çexiyanın iştirak etmək istəyinin gündəmə gəlməsi paytaxtın nəqliyyat infrastrukturunun inkişafı baxımından diqqətəlayiq məsələdir:

“Bakıda tramvay nəqliyyatının yenidən bərpası şəhərin nəqliyyat problemlərinin həlli istiqamətində alternativ və perspektivli addımlardan biri ola bilər. Paytaxtda avtomobillərin sayının artması, yolların müəyyən saatlarda həddindən artıq yüklənməsi və ictimai nəqliyyata olan tələbatın yüksəlməsi daha səmərəli nəqliyyat sisteminin qurulmasını zəruri edir. Tramvay xətləri düzgün planlaşdırılarsa, sərnişinlərin bir hissəsinin şəxsi avtomobillərdən və taksilərdən ictimai nəqliyyata yönəlməsinə şərait yarada bilər. Bu isə həm yollardakı avtomobil sıxlığının azalmasına, həm də avtobusların üzərinə düşən sərnişin yükünün müəyyən qədər yüngülləşməsinə kömək edə bilər. Bununla belə, tramvayların tətbiqi tıxac problemini birdəfəlik həll edən vasitə kimi qiymətləndirilməməlidir. Nəticə marşrutların düzgün seçilməsindən, hərəkət intervalından, digər nəqliyyat növləri ilə əlaqələndirilməsindən və ümumi nəqliyyat siyasətindən asılı olacaq''.
Deputat qeyd edib ki, tramvay xətlərinin çəkilməsi üçün ilk növbədə sərnişin axınının intensiv olduğu, yaşayış massivlərini şəhərin əsas iş, təhsil və xidmət mərkəzləri ilə birləşdirən istiqamətlər nəzərdən keçirilməlidir:
''Xüsusilə böyük yaşayış massivləri ilə metro stansiyaları, universitetlər, biznes mərkəzləri və digər mühüm nəqliyyat qovşaqları arasında əlaqənin gücləndirilməsi məqsədəuyğun olardı. Lakin konkret ərazilərin müəyyənləşdirilməsi üçün şəhərin nəqliyyat axınları, sərnişin tələbatı, mövcud yol infrastrukturu və ərazi planlaşdırılması əsasında ətraflı texniki-iqtisadi araşdırma aparılmalıdır. Tramvay xətlərinin metro və avtobus şəbəkəsi ilə inteqrasiyası da xüsusi əhəmiyyət daşıyır. Sərnişin bir nəqliyyat vasitəsindən digərinə rahat və əlavə vaxt itkisi olmadan keçə bilməlidir. Əks halda, yeni tramvay xətləri yaradılsa belə, onların şəhərin ümumi nəqliyyat sisteminə verəcəyi fayda məhdud qala bilər. Layihənin reallaşdırılması zamanı bir sıra çətinliklərin də nəzərə alınması vacibdir. Bakının bir çox ərazilərində yol sahələrinin məhdudluğu, mövcud kommunikasiya xətlərinin köçürülməsi zərurəti, tikinti işlərinin avtomobil hərəkətinə təsiri və maliyyə xərcləri əsas məsələlərdəndir. Tramvay üçün ayrıca hərəkət zolağının yaradılması mümkün olan ərazilərdə daha səmərəli nəticə əldə etmək olar. Eyni zamanda, layihə həyata keçirilərkən piyadaların rahatlığı, əlçatanlıq, yol təhlükəsizliyi və şəhərin memarlıq görünüşü də nəzərə alınmalıdır. Mən hesab edirəm ki, bu istiqamətdə ilk addım kompleks nəqliyyat konsepsiyasının hazırlanması, daha sonra isə uyğun marşrutlarda mərhələli tətbiqin qiymətləndirilməsi olmalıdır. Çexiyanın bu sahədəki təcrübəsindən və texniki imkanlarından yararlanmaq da layihənin planlaşdırılması və icrası baxımından faydalı ola bilər. Əsas məqsəd sadəcə tramvay xətləri çəkmək deyil, Bakı sakinlərinin gündəlik hərəkətini asanlaşdıran, ictimai nəqliyyatı daha əlçatan və cəlbedici edən vahid sistem qurmaqdır''.
Fatimə
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...












