Bakıda və Xırdalanda oğurluq edən şəxslər saxlanıldı

Polis Qaraçuxur qəsəbəsində evdən oğurluq edən şəxsi saxlayıb.
Avtosfer.az xəbər verir ki, Suraxanı rayonunda oğurluq hadisəsi qeydə alınıb. Qaraçuxur qəsəbə sakini polisə müraciət edərək evindən 2400 manat dəyərində qızıl-zinət əşyasının talandığını bildirib.
Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı Ş.Rüstəmov saxlanılıb.
Araşdırmalar davam etdirilir.
***
Xırdalanda marketdən oğurluq edən şəxslər saxlanılıb.
Abşeron rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxslər Xırdalan şəhərində yerləşən marketlərin birindən 544 manat oğurlayıblar.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı İ.Qədirov və 42 yaşlı E.Axundov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












