Bakıda yeni mənzil almaq istəyənlərə PİS XƏBƏR

Bakıda yeni tikililərdə mənzil qiymətləri yüksək həddə çatıb. Tikintisi başa çatmış, lakin hələ təhvil verilməmiş yeni binalarda mənzillərin 1 kvadratmetri 2 000-2 500 manatdan satışa çıxarılır.
Avtosfer.az Milli.az-a istinadla xəbər verir ki, yeni tikililərdə qiymətlərin bu həddə çatması mənzil almaq istəyənlərin ilkin ödəniş yükünü də artırır.
Məsələn, 60 kvadratmetr sahəsi olan mənzilin 1 kvadratmetri 2 000 manat hesablandıqda, ümumi qiymət 120 000 manat təşkil edir. İlkin ödəniş 30 faiz olduqda alıcı satışın əvvəlində 36 000 manat ödəməlidir. Kvadratmetrin qiyməti 2 500 manat olduğu halda isə eyni sahəli mənzilin ümumi qiyməti 150 000 manata yüksəlir. Bu zaman 30 faizlik ilkin ödəniş 45 000 manat təşkil edir.
Bazarda bəzi yeni tikililərdə mənzillərin yalnız daxili kredit şərtləri ilə satıldığı da bildirilir. Belə layihələrdə ödəniş müddəti 24-36 ay arasında dəyişir.
Mənzilin ümumi qiymətindən və ilkin ödənişdən asılı olaraq aylıq ödənişlər də yüksək məbləğə çata bilir. Bəzi mənzillər üzrə aylıq ödənişin 5 000-10 000 manat civarında olduğu bildirilir.
Beləliklə, yeni tikilidə mənzil almaq istəyən şəxs yalnız yüksək kvadratmetr qiyməti ilə deyil, həm də böyük ilkin ödəniş və qısa müddətli daxili kredit öhdəliyi ilə qarşılaşır.Mənzil bazarında qiymətlərin formalaşmasına ərazinin yerləşməsi, tikinti şirkəti, layihənin infrastrukturu, binanın hazır olma vəziyyəti və mənzilə olan tələb təsir göstərir.
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı












