Bakıdakı sahibsiz villaları göstərib 110 min aldılar - 2 nəfər həbs edildi

Bakıda dələduzluq və sənədlərin saxtalaşdırılması əməlində təqsirləndirilən 2 nəfərin məhkəməsi başa çatıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1982-ci il təvəllüdlü Şəhriyar Mürsəlov (soyadlar şərtidir) və əvvəllər məhkum edilmiş 62 yaşlı Nizami Verdiyevə hökm oxunub.
Məhkəmə onları Cinayət Məcəlləsinin 178.3.2-ci və 320-ci (Külli miqdarda dələduzluq və sənədlərin saxtalaşdırılması) maddələri ilə təqsirli bilib.
Araşdırmalar zamanı müəyyənləşdirilib ki, onlar Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində dövlətə məxsus olan və istifadəsiz 90 sotluq torpaq sahəsinin 8 sotunu 110 min manata satıblar. Belə ki, Şəhriyar həmin ərazidə 2 ədəd villanın sahibsiz qaldığını görərək oranı özününkü kimi təqdim etmək qərarına gəlib və Nizamiyə göstərib. Bundan sonra onlar dövlətə məxsus torpaq sahəsininin bir hissəsini dələduzluq yolu ilə Seymur adlı şəxsə satıblar və ona saxtalaşdırılmış sənəd təqdim ediblər. Nizami torpağı satarkən bildirib ki, guya 1993-cü ildə taxta-şalban işi ilə məşğul olub və torpaq sahəsi də ona şəriyindən qalıb. Saxta sənəddə guya həmin əraziyə dövlət tərəfindən uşaq bağçasının tikintisinə razılıq verilməsi və layihə eskizi əks olunub.
Bundan başqa, onlar həbsdə olan şəxsin yaxını M.Mustafayevdən onu azadlığa buraxdırmaq vədi ilə 30 min manat alıblar. Bu zaman Şəhriyar özünü nazir müavininin əmisi oğlu kimi tanıdaraq etibar qazanıb.
Məhkəmənin hökmü ilə Şəhriyara 6 il, Nizamiyə isə 6 il 9 ay həbs cəzası verilib. Məhkəmə prosesi dövründə polisin nəzarəti altında olan Nizami Verdiyev məhkəmə zalındaca qandallanıb.
Qeyd edək ki, mətbuatda daha əvvəl də Bakıxanovdakı sahibsiz qalan villalarla bağlı məlumatlar yayılıb.
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO










